AZ

Bakıda gecə avtoxuliqanlıq edən şəxs həbs olundu - Video

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən “Kia” markalı, 01-CL-379 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Şükürov saxlanılıb.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Şükürovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Seçilən
7
38
qafqazinfo.az

10Mənbələr