İmişlidə baş verən dəhşətli qəzanın yeni təfərrüatı məlum olub.TehsilForumu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisəyə səbəb olan avtomobilin sükanı arxasında yeniyetmə olub.Bildirilib ki, araşdırmalar nəticəsində məlum olub ki, YPX avtomobilinin qarşısına çıxan "Mersedes" markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb. Onun 17 yaşı var və dayısına məxsus avtomobillə hərəkət edib.Qeyd edək ki, ötən gün İmişlidə xidmətə gedən DYP-nin avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta