İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə İmişli-Biləsuvar magistralının rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mercedes Vito” markalı mikroavtobus yolu keçən Çaxırlı kənd sakini, 1936-cı il təvəllüdlü Aslanov Həsən Həsən oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info