AZ

Putin Pezeşkiana görün nə hədiyyə etdi

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkiana rus samovarı və Rusiyada qışı əks etdirən rəsm əsəri hədiyyə edib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə VGTRK jurnalisti Pavel Zarubin bildirib.

“Cənab prezident, Rusiya qışda belə görünür", - Putin Pezeşkiana tablonu işarə edərək deyib.

İran Prezidenti təbəssümlə “samovar”ın İslam Respublikasında yaxşı tanındığını qeyd edib və Rusiya dövlət başçısına təşəkkür edib.

Qeyd edək ki, yanvarın 17-də Rusiya və İran prezidentləri Kremldə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.

Seçilən
13
13
qaziler.az

10Mənbələr