AZ

AzTV Rusiyanı yıxıb sürüdü –"Tərbiyəsizliyi gördük...FTX ucuz şouya start verib" /VİDEO

Azərbaycan Dövlət Televiziyası (AzTV) Rusiyanı sərt tənqid edib.

Azpost bildirir ki, siyasi icmalçı Rövşən Məmmədovun müəllifi olduğu “Həftə” analitik-informasiya proqramının yanvarın 19-da efirə gedən buraxılışında AZAL-a məxsus təyyarə vurulduqdan sonra Rusiya mediasında Azərbaycanın ünvanına səsləndirilən tənqid və təhqirlərə toxunulub.

“Rusiya-Ukrayna müharibəsində, Vaşinqton-Moskva və Rusiya-Avropa İttifaqı ziddiyyətlərində Azərbaycan hər zaman obyektiv mövqe tutub, heç zaman Qərbin digər region ölkələrinə, xüsusilə də Şimal ölkəsinə qarşı həyata keçirdiyi əsassız sanksiya kampaniyasına qoşulmayıb”.

“Bütün bunlara baxmayaraq, düşündürücü məqamlar var Məsələn, Ermənistan bütün siyasətini Rusiyanın maraqlarını və nüfuzunu tapdalamaq üzərində qurduğu halda, Moskvadan İrəvan əleyhinə rəsmi səviyyədə yalnız yumuşaq bəyanatlar verilir. Görəsən niyə? Azərbaycan isə regional maraqları qoruduğu, Qərbin bölgə ölkələrinə, ilk növbədə Rusiyaya qarşı hesablanmış oyunlarına alət olmadığı, region dövlətləri, həm də Rusiya ilə əlaqələri üstün tutduğu halda, ölkəmiz elə Şimaldan gah neonasistlərin dili ilə hədələnir, təhqir olunur, gah da rəsmi Kremlin birbaşa media ruporu olan “Komsomolskaya Pravda” qəzetinin dili ilə Azərbaycan barədə həqiqətdən uzaq, uydurma informasiyalar dövriyyə buraxılır”.

“Günahı üzərindən atmaq taktikası, Bakının haqlı tələblərindən boyun qaçırmaq ikitərəfli münasibətlərə də ciddi zərbə vurur. Onu da bilsinlər ki, istər Rusiya, istərsə də Qərb olsun, beynəlxalq prosesləri yalnız özlərinin müəyyən etdiyi “Yol xəritəsi” əsasında inkişaf etdirə, həyata keçirə bilməzlər. Başqa dövlətlərə və xalqlara hörmət, hüquqlarına dəyər vermək hər kəsin, o cümlədən Rusiyanın borcudur”.

“Bu gün məhz Moskvanın hakimiyyət dairələrinin nəzarətində olan media resurslarında Azərbaycan xalqının və dövlətinin təhqir olunması həm anlaşılmaz, həm də yolverilməzdir”.

“Biz başa düşmədik, təyyarəsi vurulan biz, vətəndaşlarını və təcrübəli pilotlarını itirən biz, təhqir olunan da biz!. Əvvəla, baş vermiş hadisəyə münasibətdə hər kəs öz tərbiyəsini ortaya qoyur. Rusların tərbiyəsini və ya tərbiyəsizliyini gördük”.

AzTV-də yayımlanan həmin süjeti təqdim edirik:

 

 

Seçilən
5
50
azpost.info

10Mənbələr