Bakı. Trend:
Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Hərbi Hava Qüvvələri üçünxüsusi hazırlanmış “hava-hava” sinfinə aid yeni hipersəsraketlərinin sınaqları uğurla tamamlanıb.
Trend xəbər verirki, bu raketlər termiki davamlılıq baxımından ekstremal şəraittələblərinə uyğun olaraq sınaqlardan keçirilib. Alimlərin sözlərinəgörə, bu raketlər Çin hərbi aviasiyasının sərt tələblərinə cavabvermək üçün inkişaf etdirilib və artıq uçuş sınaqlarındankeçir.
“Bu, hazırda uçuş sınaqlarından keçən B-21 görünməz bombardmançıtəyyarəsi də daxil olmaqla, Amerika hərbi təyyarələri üçüngörünməmiş təhlükə yarada biləcək bu sirli silahın mövcudluğununilk rəsmi təsdiqidir”, – nəşrdə qeyd olunub.
Xatırladaq ki, 2024-cü ilin sentyabrında ABŞ altıncı nəsil B-21Raider strateji bombardmançı təyyarələrinin sınaq uçuşlarınabaşlamışdı.