AZ

Kazanda partlayış səsləri - Şəhərə PUA hücumu edilir

Rusiyanın Kazan şəhərinin sakinləri partlayış səslərinin olduğunu bildiriblər.   Manset.az APA-ya istinadən xəbər verir ki, ehtimallara görə, şəhərə dron hücumu baş verib və hava hücumundan müdafiə sistemləri ərazidə işləyir. Məsələ ilə bağlı hələlik rəsmi məlumat olmasa da, Kazan hava limanında “Xalça” rejimi tətbiq edilib. Fövqəladə Hallar Nazirliyi PUA-nın hücumu təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Sakinlərdən panikaya düşməmələri, mümkünsə pəncərələrə yaxınlaşmamaları xahiş olunur.

Seçilən
29
50
manset.az

10Mənbələr