Kanada ABŞ-la ticarət “savaşı”na hazırlaşır |
Siyasətçi deyib ki, əgər ABŞ Kanadanı "vursa", Ottava buna sərt cavab verəcək.
Friland amerikalıları əmin edib ki, bu, ABŞ-nin indiyə qədər üzləşdiyi ən böyük ticarət zərbəsi olacaq. Siyasətçi cavab tədbirinin adını "dolara görə dollar" adlandırıb.
“Bloomberg” nəşri bir neçə gün öncə də oxşar mövzuda məqalə dərc edərək Kanadanın ABŞ-la ticarət “savaşı”na hazırlaşdığını yazmışdı. Məqalədə qeyd edilirdi ki, əgər ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanada mallarına gömrük tariflərini qaldırsa, Ottava Amerika mallarına rüsumu artıracaq. Kanada tərəfi təxminən 105 milyard ABŞ dolları dəyərində rüsum nəzərdə tutulan malların siyahısını da tərtib edib.
Tural Tağıyev
AzVision.az