AZ

“Arpaçay Open” karate turniri başa çatıb

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş 10-cu “Arpaçay Open” karate turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Karate Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə baş tutub.

2 gün davam edən turnirdə paytaxt Bakı, Sumqayıt və regionlar daxil olmaqla, 10-a yaxın xarici ölkədən (Türkiyə, İran, Çexiya, Gürcüstan, Qazaxıstan, Küveyt, Özbəkistan, Rusiya) ümumilikdə 800-ə yaxın idmançı kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar.

65 idman klubunun iştirak etdiyi turnirdə ümumi nəticələrə görə “Qara qaplan” klubu 1-ci, “Qara brilyant” klubu 2-ci, Qazaxıstanın Cambul vilayətiinin idman klubu isə 3-cü olub.

İdman.biz

Seçilən
33
1
idman.biz

2Mənbələr