"Mançester Siti" İngiltərə Premyer Liqasının 22-ci turunun matçında "İpsviç"i darmadağın edib (6:0).
Fanat.Az xəbər verir ki, hər hissədə üç qol vuraraq, səfərdə darmadağınla qalib gələn "şəhərlilər" üçün matç əlamətdar olub.
"Opta"-nın məlumatına görə, "Siti" Pep Guardiolanın rəhbərliyi altında 13-cü dəfə Premyer Liqada rəqiblərinin qapısına altı və ya daha çox qol vurub. Bu da Arsen Vengerin "Arsenal"ı ilə birlikdə tarixdə ikinci ən yaxşı göstəricidir. Bu göstəricidə rekord Ser Aleks Ferqyusonun "Mançester Yunayted"indir - 14.
Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Venger 1996-2018-ci illərdə "Arsenal"ı, Ferqyuson isə 1986-2013-cü illərdə "Mançester Yunayted"i çalışdırıb.
Mirağa