Bununla bağlı Manset.az-a Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib. Xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 22-nə kimi davam edəcək. Belə ki, küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün isə 3.0-5.0 m. sonrakı inkişafda 5.0-7.0 m. çatacağı proqnozlaşdırılır.