Mürsəl İbrahimov şəhidlərin məzarları önünə qərənfillər düzübz
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Xidmətdən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.
Daha sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.