AZ

Ötən il Ermənistana birtərəfli dəstək faktlarını gördük - XİN rəhbəri

Bakı. Trend:

ABŞ və Ermənistan arasında olan münasibətləri xüsusi olaraq şərhetmək istəməzdim. Ancaq ümumilikdə onu qeyd edə bilərəm ki, həmAmerika Birləşmiş Ştatları, demokratlar administrasiyası, eynizamanda bir sıra Avropa paytaxtları tərəfindən 2024-cü ildə bizErmənistana birtərəfli dəstək faktlarını gördük.

Trend xəbər verir ki, bu sözləri bu gün 20 Yanvar faciəsi iləəlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərəaçıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Yadınızdadırsa, hələ ötən ilin aprel ayının 5-də bundan öncəprezidenti olmayan Amerika dövlət katibi, Avropa İttifaqıKomissiyasının prezidenti, Ermənistan baş naziri arasında görüşlərkeçirilmişdir. Yenə də ona hər hansı bir izahat vermək çətin idi.Xüsusi olaraq Ermənistan-Azərbaycan normallaşma prosesinin zidd birmərhələsində özlərini vasitəçi kimi təqdim etməyə çalışantərəflərin belə bir qərəzli yanaşması təbii ki, qəbuledilməzdir", -nazir bildirib.

Məqalədə:
Seçilən
14
4
az.trend.az

6Mənbələr