AZ

Rusiyanın ABŞ-dakı yeni səfiri yaxın həftələrdə təyin oluna bilər

Rusiyanın ABŞ-dakı yeni səfiri yaxın həftələrdə təyin oluna bilər.

APA RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bildirib.

Onun sözlərinə görə, yeni səfir yaxın həftələrdə rəsmi olaraq təyin oluna bilər.

Karasin həmçinin bildirib ki, yeni diplomatik nümayəndə səfirliyə rəhbərlik etmək üçün ABŞ-a getməyə hazırdır. Namizəd məlumdur və razılaşma əldə olunub.

O, yeni səfirin adını açıqlamayıb.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı sonuncu səfiri Anatoli Antonov oktyabrda vəzifəsini tərk edib.

Seçilən
11
50
apa.az

10Mənbələr