Respublikamızın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, anım tədbirində ŞİH-nin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, şəhər ictimaiyyəti iştirak edib.
Faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq “Vətən Uğrunda Həlak Olanların Memorial Kompleksi” ziyarət olunub.
Naftalan şəhərinin inzibati ərazisində də şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq dövlət bayraqları endirilib, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsi ilə səs siqnalları verilib.