AZ

"Hərbi cinayətlərdə ittiham olunanların məhkəməsi ölkə qanunları və beynəlxalq konvensiyalara uyğun aparılacaq"- Baş prokuror

Image

Hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi ölkə qanunları və beynəlxalq konvensiyalara uyğun aparılacaq.

Trend xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

"Bu işlə bağlı yalnız onu deyə bilərəm ki, hazırda iş məhkəmənin icraatındadır. Mənim hər hansı bir şərh verməyim düzgün olmaz. Məhkəmənin ölkə qanunlarına, beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq aparılacaq. Məhkəmə prosesini diqqətlə izləməyi mən tövsiyə edərdim", - o bildirib.





Seçilən
28
baki-xeber.com

1Mənbələr