AZ

İranda havanın çirklənməsi 50 min insanın ölümünə səbəb olub

İranda havanın çirklənməsi 50 min insanın ölümünə səbəb olub

Ötən il İranda havanın çirklənməsi səbəbindən təxminən 50 min insanın öldüyü bildirilib.Bu barədə İranın Səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi Milli Təmiz Hava Günü Konfransında çıxışı zamanı danışıb. Zəfərkəndi hava çirkliliyinin ölkədə keçən il təqribən 50 min insanın ölümünə səbəb olduğunu və hava çirkliliyinin vurduğu iqtisadi zərərin 12 milyard dollar civarında olduğunu bildirib.Beynəlxalq standartların hər kubmetr havada 5 mikroqramdan çox hissəciklərin olmasını çirklilik olaraq qəbul etdiyini vurğulayan Zəfərkəndi “Biz bunu 12 mikroqram olaraq təyin edirik. Hətta öz meyarlarımıza görə, ölkəmizin şəhərləri ildə orta hesabla 247 gün çirkli hava ilə nəfəs alır. Bu müddət paytaxt Tehran üçün 353 günə qədər uzanır" deyə qeyd edib.

Seçilən
15
50
afn.az

10Mənbələr