AZ

“Soros ABŞ-dakı mübarizəni uduzdu”

Dünya Donald Trampın başçılıq etdiyi ABŞ administrasiyasının nə edəcəyi ilə maraqlanarkən, Macarıstanın baş naziri Viktor Orbandan maraqlı şərh gəlib.

Orban deyib ki, Trampın seçkilərdəki qələbəsi Budapeşt əsilli amerikalı iş adamı Corc Sorosa və onun Demokrat Partiyasındakı müttəfiqlərinə böyük zərbə vurub.

2010-cu ildən Macarıstanın baş naziri olan siyasətçi cümə günü ictimai yayımçı Kossuth Radio ilə müsahibəsində Sorosun ABŞ-ı “ictimai cinsi xaosa” sürükləmək istədiyini iddia edib.

Demokratik Partiya daxilində Sorosa bağlı “böyük şəbəkə” olduğunu iddia edən 61 yaşlı Orban bu komandanın qlobalist ideologiyalardan iqtisadi maraqları üçün istifadə etdiyini və “miqrasiya xaosuna” səbəb olduğunu bildirib: “İnsanlığı islah etməyi özlərinə borc bildilər. Başqa cür desək, ölkələrə öz həqiqətlərini sırıyırlar. Amerika Demokratları üçün hər şeydən əvvəl göy qurşağı bayraqları və cinsiyyət dəyişimi məsələləri gəlir”.

Orban, “Corc Soros Amerikada mübarizəni uduzdu. Amerikanı Donald Tramp azad etdi deyə bilərəm”, deyərək sözlərinə “avropalıların Soros tərəfdarlarını Brüsseldən qoparması” təklif ilə davam edib.

AB-nin Sorosun vəqflərinə maliyyə dəstəyi verdiyini deyən Orban, “Buna dözə bilmərik, burada bizim də pulumuz istifadə olunur. Bu, ən böyük siyasi korrupsiyadır”, – deyib.

94 yaşlı iş adamı 1984-cü ildə təsis etdiyi Açıq Cəmiyyət Fondları vasitəsilə insan haqlarını və demokratiyanı dünyaya yaymağa çalışdığını iddia edirdi.

Fondların bir çox ölkədə fəaliyyət göstərməsi də Sorosla bağlı konspirasiya şübhələrini artırır.

Qaçqınlara qarşı sərt mövqeyi ilə tanınan Orban hökuməti Sorosu maliyyələşdirdiyi vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə milyonlarla miqrantı Avropaya daşımaqda ittiham edir.

Seçilən
21
vaxt.az

1Mənbələr