AZ

43 yaşdan sonra nə baş verir? - ARAŞDIRMA

İngiltərədə aparılan bir araşdırma insanların gündəlik həyat vərdişlərinin hansı yaşda valideynlərinə bənzəməyə başladığını ortaya çıxarıb.

“Cebheinfo.az” xəbər verir ki, bunu Britaniyanın “Marks & Spencer” pərakəndə satış şəbəkəsinə bağlı bir şirkət araşdırıb. 

Araşdırma qadınların 42 yaşından, kişilərin isə 45 yaşından etibarən özlərini valideynləri kimi aparmağa başladığını sübut edib. 

Valideynlərinizə oxşamanın ortalama yaşı isə 43-dür. Daha maraqlısı odur ki, bir çox mədəniyyətlərdə valideynlər müəyyən yaşdan sonra tipik davranışlar nümayiş etdirməyə başlayırlar.

Məsələn, havadan əvvəlkindən daha çox şikayət etmək və ya televizor qarşısında yuxuya getmək kimi.

Sorğu iştirakçılarının 94 faizi hesab edir ki, bəzi ailə xüsusiyyətləri genetikdir və nəsildən-nəslə ötürülür.

61 faiz deyir ki, müəyyən yaşdan sonra mebeldən moda aksesuarlarına qədər valideynləri ilə eyni şeyi alırlar. 87 faiz hesab edir ki, insan valideyn olmağı öz ailəsindən öyrənir. 

78 faiz deyir ki, uşaq sahibi olmaq onların valideynlərinə bənzəməkdə böyük amildir.

Araşdırmaya görə, valideynlərinizə bənzədiyinizi sübut edən xüsusiyyətlər daha çox bunlardır:

Seçilən
12
cebheinfo.az

1Mənbələr