AZ

20 Yanvar yaddaşlara Vətən sevgisinin izharı kimi həkk olundu

Bakı. Trend:

“Dağ çəkən dağlar...” - bu sərlövhə heç də təsadüfi seçilməyib.Məlum olduğu kimi, ən uca zirvə şəhidlik zirvəsidir və mənimfikrimcə, şəhidlər təkcə zirvə deyil, həm də dağdırlar, sözün həriki mənasında dağ... Yəni, həm sağlığında güvəndiyimiz vəşəhadətindən sonra gözümüzdə ucalan dağ, həm də sinəmizə çəkiləndağ... Sözsüz ki, biz hər bir şəhidimizə sağlığında söykəndiyimizəzəmətli dağ kimi baxmışıq, şəhid olduqdan sonra isə onları ucalıqrəmzi olaraq dağ sanırıq və qürur duyuruq, ancaq onlar bizimvüqarlı dağımız olmaqla bərabər, həm də sinəmizə çəkilən dağdır.Bütün bunlara görə də, zənnimcə, onları dağ çəkən dağlar kimi dəifadə etmək olar...

Trend xəbər verirki, bu fikirlər Azərbaycan Respublikası Hərbi prokurorunun böyükköməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, başədliyyə müşaviri Firad Əliyevin “Dağ çəkən dağlar...” sərlövhəliməqaləsində əksini tapıb. Həmin məqaləni təqdim edirik:

“Bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar, Birinci Qarabağmüharibəsi və Vətən müharibəsi, antiterror şəhidlərinin əziz vəunudulmaz xatirəsini dərin ehtiramla yad edərək, Uca Tanrıdanonlara rəhmət diləyirəm. Allah qazilərimizə şəfa versin.

Vətən var olsun!

Bu gün Qanlı 20 Yanvar faciəsinin və eyni zamanda, millətinməğrurluğunun növbəti dəfə təsdiq olunduğu günün 35-ci ildönümüdür.Neçə belə illər, qərinələr və əsrlər keçsə də, millətimiz odəhşətli və eyni zamanda, qürur dolu günü unutmayacaq. 1990-cı ilin20 yanvar günü Azərbaycanın müasir tarixinə ən kədərli günlərdənbiri, eyni zamanda, xalqımızda olan mətanətin, vətənpərvərliyin vəqəhrəmanlığın ifadə olunduğu gün kimi daxil oldu və bununla dahəmin tarix Vətən sevgisinin izharı kimi yaddaşlara həkk olundu. 20Yanvar tarixi Ümumxalq Hüzn Günü olmaqla bərabər, ümummilli qürurgünüdür. Həmin gün ölkəmizə qarşı əsassız ərazi iddiaları irəlisürən Ermənistanın təcavüzkar davranışlarına və keçmiş SSRİrəhbərliyinin Azərbaycana qarşı ədalətsiz mövqe tutaraq onlarahavadarlıq etməklə məkrli siyasəti aşkar dəstəkləməsinə, eləcə dədövlətimizin o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinəhiddətlənərək, buna etiraz əlaməti olaraq, Bakının küçə vəmeydanlarına çıxan geniş xalq kütlələrinə qarşı sovet ordusununhərbi hissələri yeridilərək qanunlar və beynəlxalq hüquqnormalarını kobud şəkildə pozmaqla dinc əhaliyə divan tutuldu,xeyli insan həyatdan məhrum edildi, bir neçə nəfər itkin düşdü vəçoxsaylı şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildi.Bununla da Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsiuğrunda səsini ucaldaraq imperiya buxovlarından birdəfəlikqurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində,sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən dəhşətlicinayətə imza atdı. Suveren, müstəqil və demokratik bir dövlətyaratmaq məqsədilə ayağa qalxmış xalqın əzmini sındırmaq, milliqürurunu qırmaq, eləcə də azadlıq hərəkatını boğmaq üçün törədilənbu çirkin əməllər, silahlanmış hərbçilərin üzərinə əliyalın gedənvətənpərvər insanları azadlıq uğrunda mübarizədən daşındıra,qəhrəmanların iradəsini sarsıda bilmədi. Xalq həmin gün üstünəşığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməklə özününkimliyini növbəti dəfə əyani şəkildə sübut etdi. Dövlətinsuverenliyini, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydənuca tutan mərd Vətən övladları ali amallar uğrunda canlarını fədaedərək şəhidlik zirvəsinə ucaldılar və bununla da millətin haqqsəsini bütün dünyaya daha ucadan bəyan etmiş oldular. Bu tarixifaciə millətimizi daha da sıx birləşdirdi, müstəqilliyimizi vəfiravan gələcəyimizi şərtləndirdi.

Vurğulanmalıdır ki, zamanında hərtərəfli araşdırılmayan vəadekvat qiymət verilməyən qanlı faciəyə yalnız bir neçə ildən, məhzxalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinəqayıdışından sonra rəsmi münasibət bildirildi. Belə ki, ölkəmizinərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyiyolunda canlarını fəda etmiş həmvətənlərimizin - günahsız QanlıYanvar qurbanlarının əziz xatirəsini uca tutan Ulu Öndərintəşəbbüsü ilə sözügedən faciəyə dövlət səviyyəsində siyasi-hüquqiqiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsihaqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü iltarixli Fərmanında, həmçinin Milli Məclisə 20 Yanvar hadisələrinətam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentinxüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması da tövsiyəedildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlıaksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqıninamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimitərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimiqiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

Minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki, məhz Ümummilli LiderHeydər Əliyevin Sərəncamına əsasən, Bakı şəhərinin ən hündür vəmənzərəli yerində yerləşən Şəhidlər xiyabanında Azərbaycanınazadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə möhtəşəm“Əbədi məşəl” abidə-kompleksi ucaldılıb.

Böyük ehtiramla onu da qeyd etmək lazımdır ki, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamınaəsasən Şəhidlər xiyabanı rekonstruksiya olunmuş, o cümlədən “Əbədiməşəl” abidəsinin sütunları bir qədər də hündürləşdirilib,abidədəki səkkizguşəli ulduz və məsamələri müasir üslubda işlənib.Bundan başqa, dövlət başçısının təşəbbüsü ilə Bakı şəhərininYasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar şəhidlərininəziz xatirəsinə abidə-kompleksi inşa edilib. Bütün bunlar müqəddəsinsanların ruhuna dövlət səviyyəsində verilən dəyərin bariznümunələridir.

Bu gün 20 Yanvar şəhidlərinin anım günü olduğundan, o barədədaha çox bəhs etsəm də, digər şəhidləri də yad etməyi, bütünşəhidlərimiz haqda söz açmağı, bu barədə danışmağı da müqəddəsborc, eyni zamanda, böyük şərəf hesab edirəm. Təbii ki, hər birşəhidimizin əziz və unudulmaz xatirəsi dövlətimiz və xalqımız, ocümlədən mənim üçün eyni dərəcədə əzizdir. Tarix boyu Azərbaycanxalqı və dövləti yolunda şəhid olan Vətən övladları olmuşdur ki,onların da heç birini millətimiz və dövlətimiz unutmayacaq, daimdərin hörmətlə anacaqdır.

Fərəhləndirici və qürurverici haldır ki, şəhid ailələrinin vəmüharibə əlillərinin sosial müdafiəsi və onların rifahınınyaxşılaşdırılması daim dövlət siyasətinin əsas istiqamətlərindənbiri olmuşdur. Ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinəhər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilib,onlar müxtəlif növ dövlət təminatı ilə təchiz olunublar. Bu diqqətvə qayğının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin 31 mart 1998-ci il tarixliFərmanı ilə 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvarşəhidi” fəxri adı verildi, bundan sonra şəhid ailələrinin, 20Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi vəpensiya təminatı da mütəmadi olaraq gücləndirildi.

Hazırda bu ənənə ölkə rəhbəri tərəfindən uğurla davam etdirilir.Möhtərəm cənab Prezident İlham Əliyev deyib: "Mən bütün dövlətqurumlarına tapşırmışam ki, şəhid ailələrinin həyatında heç birproblem olmasın.". Təsadüfi deyil ki, dövlət başçısının 2018-ci ilprezident seçkilərindən sonra imzaladığı ilk Fərman da şəhidailələrinin sosial müdafiəsi ilə bağlı olub. Ölkəmizin ərazibütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun qorunmasıilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrininsosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəhid ailələriüçün verilən Prezident təqaüdünün artırılması məqsədilə Prezidentinard-arda bir neçə Fərman və Sərəncam imzalaması bu qəbildən olaninsanlara göstərilən diqqət və qayğının bənzəri olmayan ən yüksəktəzahürüdür. Dövlətimizin başçısının 2020-ci il 8 dekabr tarixlimüvafiq Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyününmüdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinintəminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması buistiqamətdə görülən işlərə, sözün əsl mənasında, çox böyük dəstəkolub.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident MehribanƏliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri iləgörüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları,onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillərtəqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsindəyüksək diqqətin və göstərilən böyük qayğının təzahürüdür.

Sevindirici və iftixarlandırıcı haldır ki, şəhid ailələrinə,müharibə əlillərinə və Vətənin müdafiəsində iştirak edən digərşəxslərə mənəvi dəstək, onların maddi-sosial vəziyyətininyaxşılaşdırılması istər dövlətimizin, istərsə də xalqımızın daimdiqqət mərkəzindədir. Bu müqəddəs missiyanın həyata keçirilməsindəprokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşlarıda layiqincə iştirak edir. Belə ki, istər Baş prokuror KamranƏliyevin, istərsə də Hərbi prokuror Xanlar Vəliyevin tapşırıq vətövsiyələri, eləcə də dəstəkləri əsasında bütün prokurorluqişçiləri, o cümlədən hərbi prokurorluq əməkdaşları bu zümrədən olaninsanlara daim diqqət və qayğı göstərir, onlarla həmprokurorluqlarda, həm də kənarda görüşlər keçirir, hər birmüraciətlərinə isə xüsusi həssaslıqla yanaşır və həlliistiqamətində bütün zəruri tədbirlərin görülməsini təminedirlər.

Bir daha Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfaarzulayıram.

20
Məqalədə:
Seçilən
7
5
az.trend.az

6Mənbələr