AZ

"Trabzonspor" qələbə qazandı

Türkiyə Superliqasında XX turun növbəti oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Trabzonspor" doğma meydanda "Sivasspor"la qarşılaşıb. Görüş ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qara dəniz təmsilçisinin qollarını Arseniy Bataqov, Simon Banza, Ozan Tufan və Con Lunstram vurublar.

Bu nəticədən sonra xallarını 25-ə çatdıran "Trabzonspor" 9-cu pillədə qərarlaşıb. Qonaqlar isə 20 xalla sonuncu 15-ci yerdədir.

Seçilən
17
9
bakivaxti.az

10Mənbələr