Ödəmə mənbəyində tutulan vergi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı təsərrüfat subyektinin icarə müqaviləsi əsasında istifadə edilməsi hallarının araşdırılması, dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi, mənfəət vergisi bəyannaməsi ilə müqayisəsi (dividendin ödənilməsi halları), həmçinin, hüquqi şəxs ləğv edilərkən bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlakın bölüşdürülməsi və səhmlərin (payların) artan nominal dəyəri həddində geri alınması hallarının araşdırılması, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində verginin tutulması hallarının araşdırılması, ƏDV bəyannaməsinin tərkibində əks etdirilmiş qeyri-rezidentin əməliyyatları üzrə və qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi üzrə ƏDV hesablanmış məbləğlərin Ödəmə mənbəyində tutulan vergi bəyannaməsində əks etdirilməsinin araşdırılması, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsində nəzərdə tutulan ödənişlər nəzərə alınmaqla Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarında əksini tapıb.