ABŞ Prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da ABŞ Konqresindəki iğtişaşlarda iştirak etməkdə ittiham olunan şəxsləri əfv edib.
Bizim.Media xəbər verir ki, Ağ evdə Oval ofisdə o, ümumilikdə 1500-ə yaxın müttəhimi əfv edib və 6 nəfərin cəzasını yüngülləşdirib.
Bununla da, prezident dörd il əvvəl seçki məğlubiyyəti ilə barışmayan tərəfdarlarını azad etmək vədini yerinə yetirib.
Qeyd edək ki, 2021-ci il 5–6 yanvar tarixlərində ABŞ prezidenti Donald Trampın tərəfdarları 2020-ci il ABŞ prezident seçkilərinin nəticələrinə etiraz etmək və Co Baydenin qələbəsini ləğv etmək tələbini dəstəkləmək üçün Kapitol binasına hücum ediblər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta