AZ

Mourinyo şəxsi şərab brendini buraxmağa başladı

Türkiyənin "Fənərbağça" futbol komandasının baş məşqçisi Joze Mourinyo şəxsi şərab brendinin buraxıldığını elan edib.

Teleqraf.com xəbər verir ki, şərab brendi "The Special One" ("Xüsusi") adlanır. O, içkinin öz vətəni Portuqaliyada hazırlandığını açıqlayıb.

Qırmızı şərab unikal formada paketlənib: Etiketli futlyarda Mourinyonun silueti əks olunub. Qiyməti isə 120 avrodur.

Qeyd edək ki, "Fənərbağça" Türkiyə Super Liqasında 19 turdan sonra ikinci pillədə gedir.


Müəllif: Teleqraf.com
Seçilən
26
teleqraf.com

1Mənbələr