Yanvarın 18-də İmişli rayonu ərazisində Dövlət Yol Polisinə (DYP) məxsus avtomobil məktəbliləri vurub, hadisə nəticəsində iki uşaq ölüb.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində yanvarın 18-də, saat 12:30 radələrində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
-------
İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə yanvarın 19-da bir qrup şəxs həbs edilib.
Yanvarın 18-də, İmişli şəhəri ərazisində “Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və “BMW” markalı Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a bildirilib ki, ilkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.