Afrikanın qərbində “Lassa qızdırması” virusu sürətlə yayılır. Heyvanlardan insana yoluxan virus Nigeriyada son həftədə 10 nəfərin ölümünə səbəb olub.
Yenisabah.az xəbər verir ki, epidemiyanın tarixi 1969-cu ildən başlayıb. Lakin son vaxtlar sözügedən virus yenidən aktiv fazada yayılmağa başlayıb.
Ötən il Nigeriyada “Lassa qızdırması” səbəbindən 190 nəfər həyatını itirib. Virusun əsas daşıyıcıları gəmiricilərdir.
Telegram kanalımız