Bu gün qadın voleybolçular arasında Yüksək Liqada VII turun oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, hər üç matç eyni gündə baş tutacaq.
Çempionatın lideri “Abşeron” aşkar autsayder UNEC-i sınağa çəkəcək. Digər iki matçda turnir cədvəlindəki qonşular üz-üzə gələcək. “Murov Az Terminal” "Azərreyl"lə, “Milli Aviasiya Akademiyası” isə “Gəncə” ilə görüşəcək.
Qeyd edək ki, matçlardan ikisi GİN-in Voleybol Mərkəzi, biri UNEC-in idman zalında baş tutacaq.
Yüksək Liqa
Qadınlar
VII tur
21 yanvar
16:00. “Murov Az Terminal” - "Azərreyl"
GİN-in Voleybol Mərkəzi
17:00. UNEC - “Abşeron”
UNEC-in idman zalı
18:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə”
GİN-in Voleybol Mərkəzi
1 | Abşeron | 6 | 6 | 0 | 18-4 | 17 |
2 | Milli Aviasiya Akademiyası | 6 | 4 | 2 | 14-9 | 12 |
3 | Gəncə | 6 | 3 | 3 | 12-9 | 10 |
4 | Azərreyl | 6 | 3 | 3 | 10-11 | 8 |
5 | Murov Az Terminal | 6 | 2 | 4 | 9-12 | 7 |
6 | UNEC | 6 | 0 | 6 | 0-18 | 0 |
İdman.biz