AZ

Ümit Özdağ saxlanıldı


Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ Ankarada saxlanılıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, Özdağ İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində İstanbul Polis İdarəsinə gətirilib.
İstintaqın başladılmasına səbəb onun 19 yanvar 2025-ci il tarixində Antalyada keçirilən əyalət başçılarının toplantısında Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi fikirlər olub.
İstintaq “prezidenti təhqir etmək” maddəsi ilə açılıb. Daha sonra partiyə liderinə qarşı “prezidenti təhqir etmək” ittihamı ilə yanaşı, “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamı irəli sürülüb.
Seçilən
18
1
yeniavaz.com

2Mənbələr