AZ

Qlobal fəlakətdən salamat çıxacaq beş ölkə: Rusiya mobil sığınacaqların istehsalına başladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qlobal fəlakət zamanı Yer üzərində Günəş işığının kəskin azalması halında yalnız beş ölkə salamat qala biləcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Yeni zelandiyalı alimlər qrupu açıqlama verib. Onların tədqiqatlarının nəticələri "Risk Analysis" jurnalında dərc olunub.
Bildirilir ki, nüvə silahının tətbiqi ilə hərbi münaqişənin nəticələri, yəni "nüvə qışı" beş-on il davam edə bilər.
"Bu müddətdə yalnız Avstraliya, İslandiya, Yeni Zelandiya, Solomon adaları və Vanuatu kimi inkişaf etmiş kənd təsərrüfatına malik ada dövlətləri salamat qala biləcəklər", - deyə hesabatda bildirilib.
Yeri gəlmişkən, ABŞ Müdafiə Nazirliyi Rusiya da daxil olmaqla Şərqi Avropa ölkələrinin kənd təsərrüfatı sektoruna nüvə silahının təsirinin nəticələrini araşdırmaq üçün ABŞ şirkəti ilə 34 milyon dollarlıq müqavilə imzalayıb. Rusiyanın özündə isə artıq nüvə hücumundan və digər təhdidlərdən qorunmaq üçün mobil sığınacaqların istehsalına başlanılıb.
Seçilən
9
50
oxu.az

10Mənbələr