AZ

Marko Rubio: Rusiya ilə Ukrayna arasında müharibə dayandırılmalıdır

Bakı, 21 yanvar, AZƏRTAC

Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar dayandırılmalıdır, lakin bu, mürəkkəb prosesdir.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın yeni dövlət katibi Marko Rubio Ukraynadakı müharibəyə son qoyulması ilə bağlı bəyanatında deyib.

“Biz müharibənin bitməsini istəyirik. ABŞ Prezidenti Donald Tramp sülhü təşviq edən və münaqişələrə son qoyan dövlət başçısı olmağa çalışır”, - deyə CNN telekompaniyası Birləşmiş Ştatların yeni dövlət katibinin bəyanatından sitat gətirib.

Marko Rubio əlavə edib ki, atəşkəs prezidentin əsas prioritetidir. Bununla yanaşı, dövlət katibi böhranın həllinin mürəkkəb proses olacağını da vurğulayıb.

Ötən ilin dekabrda Reuters agentliyi Donald Trampın Ukraynadakı müharibənin həlli planında Kiyevin NATO-ya üzvlükdən imtina etməsinin və Rusiyanın xeyrinə ərazi güzəştlərinə getməsinin yer aldığını yazmışdı.

Xatırladaq ki, Donald Tramp seçkidə qalib gələcəyi təqdirdə Ukrayna-Rusiya müharibəsini 24 saat ərzində dayandıracağını iddia edirdi. O, həmçinin deyirdi ki, Cozef Baydenin yerinə prezident olsaydı, müharibə heç vaxt başlamazdı.

Seçilən
20
50
azertag.az

10Mənbələr