AZ

Büdcə sabitliyini möhkəmləndirən əsas amillər nələrdir? Professordan açıqlama

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a əmək haqqı artımı ilə bağlı açıqlama verib. Professor artımı müsbət qiymətləndirərək, bunun bütövlükdə ölkədə əmək haqqı fondunun artımına səbəb olacağını vurğulayıb.

"Bu artım dövlətin əmək haqlarının artırılmasında təkanverici qüvvə kimi çıxış etdiyini göstərir. Dünya təcrübəsi də təsdiq edir ki, dövlətin bu addımı özəl sektorda da oxşar proseslərin başlamasına səbəb ola bilər. Bu, həm sosial, həm də iqtisadi sabitlik baxımından əhəmiyyətlidir," - deyə Elşad Məmmədov bildirib.

Professor əlavə edib ki, bu artım işgüzar fəallığın stimullaşdırılmasına, büdcə daxilolmalarının artmasına və əhalinin sosial rifah səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. "Əhalinin gəlirlərinin artması daxili bazarın canlanmasına və vergilərin daha effektiv toplanmasına şərait yaradacaq ki, bu da büdcə sabitliyini möhkəmləndirən əsas amillərdən biridir," - deyə o qeyd edib.

 

 

Pərvanə Fərhadqızı

Seçilən
9
qht.az

1Mənbələr