1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
Oxu.Az xəbər verir ki, nazirlik bu barədə rəsmi "X" hesabında paylaşım edib.
"Qardaş Türkiyənin Bolu vilayətində "Kartalkaya" dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - deyə paylaşımda qeyd olunub.
Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 21, 2025
Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə…
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Bolu bölgəsinin "Kartalkaya" xizək mərkəzindəki hoteldə yanğın baş verib. Yanğın nəticəsində 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Yanğının səbəbi hələlik məlum deyil.