AZ

Ötən il apteklərin dərman satışından qazancı 1,3 milyard manatı keçib

2024-cü il ərzində Azərbaycanda pərakəndə ticarət məntəqələrində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 347.6 milyon manat vəsait xərclənib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2.2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara alınmasına sərf olunub.

Təkcə dekabr ayında əhali 203 milyon manatlıq dərman və tibbi ləvazimat alıb.

Seçilən
12
50
fed.az

10Mənbələr