AZ

"Barselona"da itki

style='margin-bottom:10px;'>

"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo zədələnib.

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

26 yaşlı futbolçu La Liqanın 20-ci turunda "Xetafe" ilə matçda (1:1) sıradan çıxıb. O, tibbi müayinədən keçib. Olmonun ən az 10 gün yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Beləliklə, Daniel Çempionlar Liqasında "Benfika"ya (21 yanvar) və La Liqada "Valensiya"ya (26 yanvar) qarşı keçiriləcək oyunları buraxacaq. 

Qeyd edək ki, bu mövsüm Olmo 18 oyun keçirib, 6 qol vurub və 3 qolun ötürməsini verib.

Seçilən
9
12
teleqraf.com

10Mənbələr