İngiltərə Premyer Liqası komandası "Mançester Siti" heyətinə daha bit futbolçu qatıb.
İngiltərə çempionu "Mançester Siti" Braziliya "Palmeyras"ından 19 yaşlı braziliyalı mərkəz müdafiəçisi Vitor Reisi alıb.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub.
Qeyri-rəsmi məlumatlara görə, "Mançester Siti" bu transfer üçün 35 milyon funt sterlinq ödəyib.