AZ

De Blekere paytaxt derbisindəki mübahisəli epizodları dəyərləndirdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli premyer-liqasının 19-cu turunun "Neftçi” – “Sabah” oyunundakı mübahisəli epizodlar ilə bağlı danışıb.

"Football-plus.az" xəbər verir ki, o, ilk olaraq 65-ci dəqiqədəki mümkün penalti epizodunu şərh edib:

“Sabah”ın üzvü Xəyal Əliyev cərimə meydançasına daxil olur və topu qarşısına atır. “Neftçi”nin müdafiəçisi Yuri Matias top uğrunda mübarizə zamanı onun çiyninə təmas edir və hücumçu yıxılır. Hakim oyunu davam etdirir. Bu vəziyyət “yuxarı bədən” təması ilə bağlıdı və belə hallarda müdaxilə xətti yüksəkdi. Penalti təyin etmək üçün yüksək intensivlikdə təmas olmalıdı. Amma həmin epizodda çiynə təmas zəif idi. Hakimin oyunu davam etdirmək qərarını dəstəkləyirik.

Lakin “Neftçi”nin oyunçusuna qeyri-idman davranışına görə verilən sarı vərəqədən sonra onun hörmətsiz, “istehzalı alqış”ı qəbuledilməzdi. Bu, açıq şəkildə jestlərlə ifadə edilən narazılıqdı və mütləq ikinci sarı vərəqə ilə cəzalandırılmalı idi. Hakimin nüfuzunu zəiflədən belə hörmətsiz davranışı qəbul edə bilmərik. Futbolun imicini və bütövlüyünü qorumaq lazımdı. Bu, futbolu sevən, hörmət edən hər kəsə mesajdı".


Qeyd edək ki, "Neftçi" - "Sabah" qarşılaşması 1:1 hesabı ilə başa çatıb.
Seçilən
15
15
football-plus.az

10Mənbələr