AZ

Tramp bunu etsə, İran ABŞ-la razılaşmağa məcbur olacaq: Tehranda nədən narahatdırlar?

İranlı politoloqlar ABŞ prezidenti Donald Trampın İslam respublikasına maksimum təzyiq siyasətinə qayıdacağı ilə razılaşsalar da, eyni zamanda onun Tehranla sövdələşməyə getməsi ehtimalını da istisna etmirlər.

Publika.az xəbər verir ki, bu barədə İranın dövlət qəzeti məlumat yayıb.

Nəşrin təxminlərinə görə, Tramp “Rusiya və Çinə təzyiq göstərməyə” cəhd edə bilər ki, onlar İranla əməkdaşlığı dayandırsınlar. Materialda göstərilir ki, İslam Respublikası “Çinlə iqtisadi əlaqələri və Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı itirsə, ABŞ-la razılaşmağa məcbur olacaq”.

Nəşr qeyd edir ki, İranın hazırkı hökuməti Amerika tərəfi ilə danışıqlarda israrlıdır, lakin bu çağırışlar Vaşinqtonda eşidilmir.

“İran hökuməti elə hərəkət etməlidir ki, İran istiqamətində siyasətlə bağlı hələ də ciddi fikir ayrılıqları olan Tramp administrasiyasının xarici siyasət bloku İranla danışıqlar prosesini həyati zərurət hesab etsin”, - materialda deyilir.

Seçilən
18
50
publika.az

10Mənbələr