ABŞ prezidenti Donald Tramp BRICS ölkələrinə ən azı 100 faizlik ticarət tarifləri tətbiq etməklə hədələyib.
“Biz onların ABŞ-la etdikləri işlərə ən azı 100% tariflər tətbiq edəcəyik. BRICS-in nə olduğunu bilirsiniz, elə deyilmi? Bilirsiz”, - deyə o qeyd edib.
“Nə danışdığımı başa düşürsüz. Bu, hətta təhdid belə deyil. Əslində mən bunu artıq bəyan etmişəm. Bayden dedi ki, bizə başqa seçim qoymadılar. Mən isə: “Xeyr, biz onlara seçim qoymamışıq” - deyə bildirdim”, - deyə Tramp vurğulayıb.