AZ

Bakıda bank kartından 12 mindən çox pul

Bakı sakininin bank kartından 12 min manatdan çox pul oğurlanıb.

Bu barədə kartın sahibi Cəmil Binnətov Metbuat.az-ın qaynar xəttinə məlumat verib.

Belə ki, 12.01.2025 tarixində saat 17:38 - 17:56 aralığında onun “Azərbaycan Beynəlxalq Bankı”na (ABB) məxsus kartlarından 12 min 619 manat pul oğurlanıb.

Vətəndaş bildirib ki, ona “Telegram” platformasında link göndərilib və bilmədən ora daxil olub. Daha sonra telefonu yaxşı işləməyib. O, sonradan bank kartlarını bloklasa da, köçürmələr baş verib. Məbləğ hissə-hissə olmaqla “Misli.az” saytında qeydiyyatda olan hesablara köçürülüb.

Faktla bağlı 36-cı polis bölməsinə müraciət edilib. Həmçinin ABB bankdan məsələ ilə bağlı çıxarış alınıb və Xətai rayon prokurorluğunda ərizə yazılıb.

Məsələ ilə bağlı DİN-ə müraciət etdik. Nazirliyin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli Metbuat.az-ın sorğusuna cavab olaraq bildirdi ki, müraciət əsasında araşdırma aparılır.

Eyni zamanda Beynəlxalq Bankın mətbuat katibi Yadigar Cəfərli də bildirdi ki, bankın İnformasiya Təhlükəsizliyi departamenti tərəfindən vətəndaşın şikayəti təhlil ediləcək və müraciəti ilə bağlı dəstək göstəriləcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
11
38
metbuat.az

10Mənbələr