AZ

“Air France” yanvarın 25-də Təl-Əvivə uçuşları bərpa edəcək

Fransanın "Air France” aviaşirkəti Qəzza zolağında və Livanın cənubundakı münaqişələr səbəbindən uzun fasilədən sonra Təl-Əviv və Beyruta uçuşlar həyata keçirəcək.Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

"2025-ci il yanvarın 25-dən etibarən Təl-Əvivə həftədə beş reys olmaqla uçuşlar bərpa olunacaq. "Air France” həmçinin Paris və Beyrut arasında uçuşların bərpası üçün mümkün olan hər şeyi edir”, - məlumatda deyilir.
 
Şirkət Livana olan uçuşların bərpası üzrə isə yaxın günlərdə açıqlama verəcəyini bildirib.

www.anews.az
Seçilən
3
3
anews.az

10Mənbələr