AZ

Trüdo: Kanada ABŞ ilə sərhəd təhlükəsizliyinə 700 milyon dollar xərcləməyə hazırdır

Kanada hökuməti ABŞ ilə sərhəddə təhlükəsizliyin təkmilləşdirilməsi üzrə dəyəri 1 milyard Kanada dollarından (700 milyon ABŞ dollarından) çox olan plan hazırlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Baş naziri Castin Trüdo bildirib.

“Hökumətimiz Prezident Trumpın sərhəd təhlükəsizliyi kontekstində qaldırdığı narahatlıqları həll etmək üçün artıq addımlar atıb, o cümlədən Kanadaya 1 milyard dollardan da baha başa gələcək hərtərəfli sərhəd planı hazırlayıb. Sərhədin hər iki tərəfində vətəndaşlarımızın təhlükəsizliyi üçün artıq amerikalılarla birgə işləyirik”, - Trüdo deyib.

Seçilən
5
7
demokrat.az

8Mənbələr