AZ

Ötən il qaza tələbat rekord həddə çatıb – IEA

2024-cü ildə qlobal qaz tələbatı 2,8 faiz artaraq rekord həddə - 4,212 trilyon kubmetrə çatıb.

"Ölkə.az" xəbər verir ki, məlumat Beynəlxalq Enerji Agentliyinin (IEA) öz qaz bazarına dair hesabatında əksini tapıb.

Agentliyə görə, təbii qaza tələbat struktur artımını bərpa edib və 2024-cü ildə yeni rekord həddə çatıb: “Çünki bazarlar 2022-2023-cü illərdə qaz təchizatı böhranından tədricən tarazlaşıb".

İlkin məlumatlara görə, 2024-cü ildə qlobal qaz tələbatı 2,8 faiz (və ya təxminən 115 milyard kubmetr) artacaq ki, bu da 2010-cu ildən 2020-ci ilə qədər olan 2 faizlik orta tarixi artım tempindən əhəmiyyətli dərəcədə yüksəkdir.

Üstəlik, qaza tələbat artımının 40 faizdən çoxu Asiya ölkələrindən, əsasən də Çin və Hindistandan gəlib. Avropada qaz istehlakı 2023-cü illə müqayisədə bir qədər artıb.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə qlobal qaz tələbatı növbəti dəfə yeni rekord vuraraq 4,292 trilyon kubmetrə çatacaq. Lakin artım tempi yavaşlayacaq və 1,9 faiz (və ya demək olar ki, 80 milyard kubmetr) təşkil edəcək. Artımın böyük hissəsi – 45 faizdən çoxu Asiya ölkələrindən gələcək.

Seçilən
28
20
olke.az

10Mənbələr