AZ

Azərbaycanın ixracı azalıb, idxalı artıb - ARDICIL 2 AY MƏNFİ SALDO YARANIB

2024-cü ildə (yanvar-dekabr) Azərbaycanın cəmi xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 612 milyon 101 min ABŞ dolları təşkil edib.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

O cümlədən, 2024-cü ildə Azərbaycanın ixracı 26 milyard 554 milyon 56 min ABŞ dolları, idxalı isə 21 milyard 58 milyon 44 min ABŞ dolları məbləğində olub. Saldo müsbət 5 milyard 496 milyon 12  min ABŞ dolları təşkil edib. 

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın cəmi xarici ticarət əməliyyatlarının həcmi 51 milyard 183 milyon 900 min ABŞ dolları o cümlədən, ixracı 33 milyard 898 milyon 554 min ABŞ dolları, idxalı 17 milyard 285 milyon 345 min ABŞ dolları, saldo 16 milyard 613 milyon 210 min ABŞ dollar təşkil etmişdi. 

2024-cü ilin noyabr və dekabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarında mənfi saldo yaranıb. Mənfi saldo noyabrda 535 milyon 352 min dollar, dekabr ayında isə 70 milyon 8 min dollar təşkil edib.

2024-cü ilin noyabr ayında Azərbaycanın ixracı 1 milyard 599 milyon 713 min dollar, idxalı 2 milyard 135 milyon 64 min dollar, dekabrda Azərbaycanın ixracı 2 milyard 216 milyon 194 min dollar, idxalı isə 2 milyard 286 milyon 203 min dollar olub. 

Seçilən
17
14
marja.az

10Mənbələr