“Rəhbərlik İmişlidə qəzada zərərçəkənləri qəbul edib” – DİN
Yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi tərəfindən qəbul edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.
“Vurğulanıb ki, DİN tərəfindən hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır.