Türkiyənin Əbu-Dabidəki səfiri Tuqay Tunçər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Türkiyə arasında diplomatik əlaqələrin inkişafına verdiyi töhfələrə görə Fərqlənməyə görə medala layiq görülüb.
Hafta.az-ın yazdığına görə, BƏƏ-nin xarici işlər naziri Abdullah Bin Zayed əl-Nahyan tərəfindən Əbu-Dabidə keçirilən mərasimdə səfir Tunçərə təqdim edilən medal onun ölkədəki fəal diplomatik rolunun və töhfələrinin əlaməti kimi qiymətləndirilir. Nazir əl-Nəhyan səfir Tunçərə gələcək vəzifələrində uğurlar arzulayıb.
2021-ci il mayın 1-də Türkiyənin Əbu-Dabidəki səfiri vəzifəsinə başlayan Tuqay Tunçər səlahiyyət müddəti ərzində Türkiyə ilə BƏƏ arasında diplomatik, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində mühüm işlər görüb. Xüsusilə, iki ölkə arasında ticarət həcminin 107 faiz artaraq 20 milyard dolları keçməsi Tunçərin töhfələrinin konkret göstəricisi kimi önə çıxır.
Səfir Tuqay Tunçərin səlahiyyət müddəti ərzində uğurlu fəaliyyəti və BƏƏ-nin təqdim etdiyi “Mükəmməllik Mükafatı” Türkiyənin diplomatik sahədəki effektivliyinin göstəricisi kimi qiymətləndirilir.