AZ

Luis Enrike gürcü haqda danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın yeni icarəyə götürdüyü cinah oyunçusu Xviça Kvaratsxeliya haqda danışıb .

News24.az xəbər verir ki, mütəxəssis Xviça haqda bunları deyib: “Onun necə futbolçu olduğunu çox yaxşı bilirik. Yüksək səviyyəsini göstərdi. Xviça PSJ-nin heyətinə uyğunlaşmalıdır. O, çox elastik futbolçudur”, - deyə Enrike bildirib.

PSJ yanvarın 17-də Kvaratsxeliya ilə müqavilə imzaladığını elan edib. Futbolçunun müqaviləsi 2029-cu ilə qədərdir. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi "Napoli"dən keçib. Onun illik qazancı 70 milyon avro olacaq.

Ağa Dadaşzadə


Seçilən
13
32
news24.az

10Mənbələr