"Vergi ödəyicilərinin Avropanın hərbi büdcələrinə xərclədiyi milyardlarla avro yalnız Amerika silahları almaq üçün istifadə edilməməlidir".
Hurriyyet.az bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Fransa prezidenti yerli müdafiə sənayesinə investisiyaların artırılmasına çağırıb.
“Biz “hərbilərimizə daha çox xərcləyək” dedikdə, bir çox ölkələrdə bu, çox vaxt “daha çox Amerika silahı al” mənasına gəlir”, o deyib.
Böyük bir müdafiə sənayesinə sahib olan Fransa tez-tez Avropa Birliyinin digər üzvlərinin Fransa və ya Avropa alternativləri əvəzinə Amerika silahlarını almağı seçməsindən şikayətlənir. "Avropalılar Avropanın müdafiə sənayesini də sadələşdirməlidirlər. Avropada dəniz sənayesi üçün 47 müxtəlif sənaye platforması var, ABŞ-da isə cəmi altı".
Bizimxeber.az