AZ

AMB daha bir şirkətə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “MMK-014” MMC-yə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib

FED.az xəbər verir ki,  bu barədə AMB bildirir.

Beləliklə, hazırda Azərbaycanda "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta", "Meta-Kapital" və "Money Shop" MMC-lərlə birlikdə 7 hüquqi şəxs sözügedən lisenziyaya malikdir.

Xatırladaq ki, “MMK-014” 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi 2, ev 2, mənzil 2, fəaliyyət ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 45, qanuni təmsilçisi Tural Məhərrəm oğlu Mikayılov, nizamnamə kapitalı isə 660 min manatdır. Bu məbləğ şirkətə paytaxtda bir valyuta dəyişmə məntəqəsi ilə fəaliyyət göstərməyə imkan verir. (Report)

Seçilən
32
6
fed.az

7Mənbələr