AZ

Azərbaycan ötən il neft məhsullarının ixracını 42% azaldıb

Ötən il Azərbaycan xarici ölkələrə 334 milyon 918 dollar dəyərində 537 min ton neft məhsulları ixrac edib.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin göstəricisi ilə müqayisədə 240 milyon 292 min dollar və ya 41,8%, həcmi isə 387 min 597 ton və ya  41,9% azalıb.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan 572  milyon 210 dollar dəyərində 925 min 225,07 neft məhsulları ixrac etmişdi.

Seçilən
33
50
fed.az

10Mənbələr