Yeni milli ideyamız: DÜŞMƏNİN PLANI ÖZÜNƏ QARŞI...
Donald Trampın andiçməsindən sonra formalaşan qlobal gözləntilər içərisində Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin nəhayət, imzalanacağı perspektivi qarşısında belə bir sual yaranır - biz yeni beynəlxalq təhlükəsizlik arxitekturası deyərkən, Qərbmərkəzli dünyadan çoxqütblü sistemə keçidə, yoxsa ABŞ-nin dominantlığı, Avroatlantik birliyin sərhədlərimizdə keşik çəkdiyi bir gələcəyə hazırlaşırıq? “14 trilyon dollarlıq” kapitala malik şirkətlərin təmsilçisi kimi çıxış edən, “biz dünyanın siyasi, iqtisadi və hərbi xəritəsini cızan dövlətik” deyən, Panama və Qrenlandiyanı alacağını qətiləşdirən bir liderin planları bütün dünyaya köklü dəyişikliklər vəd edir.